Vergidə dəyişiklik: qiymətlər enəcək?

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur. Belə ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq. Bəs bu qiymətlərə necə təsir göstərəcək?
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev AZERFAX.AZ-a açıqlamasında bildirib ki, hazırda 200 min manat həddini aşmamaq üçün bəzi şirkətlər və şəxslər ətraflarında olan çoxsaylı qohumların, tanışların adına fiziki şəxs kimi VÖEN açaraq ticarət fəaliyyətini bu formada həyata keçirirlər:
“400 min manata qaldırılma məsələsi isə əsasən pərakəndə ticarətdə nağdsız hesablaşmaların həcminin artırılması baxımından əhəmiyyət daşıyır. Lakin burada sahibkar üçün hər hansı maliyyə baxımından üstünlük yaranarsa, bu, qiymətlərin aşağı düşməsindən daha çox onun şəxsi mənfəəti kimi formalaşacaq. Hesab etmirəm ki, bu addımdan sonra bazarda qiymətlər düşsün. Çünki aparılan siyasətin məqsədi məhsulların ucuzlaşması deyil, sadəcə olaraq nağdsız hesablaşmaların payını artırmaqdır”.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



