Bu iki ölkə sərhədində qarşıdurma

Tacikistan və Əfqanıstan sərhədində toqquşma
baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik
Komitəsi məlumat yayıb. Məlumata görə, sərhədçilərlə Əfqanıstandan Tacikistana
soxulmağa çalışan silahlı şəxslər arasında baş verən qarşıdurmada iki sərhədçi
də daxil olmaqla beş nəfər həlak olub. Bildirilir ki, sərhədi qanunsuz keçməyə
çalışan üç nəfər Xatlon vilayətinin Şəmsəddin Şoxin rayonu yaxınlığında sərhədçilər
tərəfindən zərərsizləşdirilib. Hadisə yerində üç M16 tüfəngi, bir Kalaşnikov
tüfəngi, üç xarici istehsal səsboğucu tapança, 10 qumbara, partlayıcı maddələr
və müxtəlif sursat müsadirə edilib.
Yerli mənbələrin məlumatına görə,
qarşıdurmadan sonra sərhəddə vəziyyət sakitdir. Hadisə ilə bağlı araşdırma
davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



