ABŞ 66 beynəlxalq təşkilatdan çıxdı

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb. AZERFAX.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bəyanat Ağ Evin saytında yerləşdirilib.
Qeyd edilib ki, bu təşkilatların çoxu ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir.
Sənəddə təşkilatların tam siyahısı verilməyib.
Xatırladaq ki, Donald Trampın ikinci müddətinin əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından və ələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.



