AZERFAX TV

Yamal “Real”la finala hazırdır?

“Barselona”nın vingeri Lamin Yamal meydanlara qayıtmağa hazırdır.

Publika.az xəbər verir ki, 18 yaşlı futbolçu əzələ diskomfortunu aradan qaldıraraq tam fiziki duruma və optimal formaya qayıdıb. Məhz bu problem onun İspaniya Superkubokunun yarımfinalında “Atletik” Bilbaoya qarşı oyuna start heyətində çıxmasına mane olmuşdu.

“Barsa” ulduz cinah oyunçusunun səhhəti ilə bağlı heç bir narahatlıq olmadığını düşünür. Lamin Yamal bunu komandanın tam məşq prosesində iştirak etməklə sübut edib.

“Barselona” İspaniya Superkubokunun finalında “Real” ilə qarşılaşacaq və Yamalın bu matça start heyətində çıxacağı gözlənilir.

Heybət

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button