AZERFAX TV

Etirazları bu qüvvələr təşkil edir

İrandakı etirazlarda xarici qüvvələr iştirak edir.

Publik.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei cümə günü dövlət televiziyasında çıxışında bildirib.

“İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası əcnəbilərə tabe olmağa dözməyəcək”, – deyə o qeyd edib.

Xamenei əlavə edib ki, xarici qüvvələrə işləyən hər kəs həm xalq, həm də İslam sistemi tərəfindən rədd ediləcək.

Xamenei həmçinin ABŞ prezidenti Donald Trampın İran xalqına dəstəyi ilə bağlı açıqlamalarına şübhə ilə yanaşaraq, onu ötən il İrana hücumlar zamanı minə yaxın iranlının ölümündə iştirak etməkdə ittiham edib.

Tural

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button