AZERFAX TV

Məşhur brenddən körpə qidası ilə bağlı xəbərdarlıq

“Nestle” körpə qidalarında “Bacillus cereus” bakteriyası mənşəli sereulid toksininin potensial mövcudluğu səbəbindən geri çağırma kompaniyasına başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, geri çağırılan məhsullar əsasən SMA, BEBA, NAN və Alfamino kimi tanınmış brendlərin müəyyən partiya nömrələrini əhatə edir.

Geri çağırılma Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Çin, Avstraliya və Argentida da arasında olmaqla 50 ölkəyə aiddir.

Məlumata görə, qidaların tərkibdə yer aldığı ehtimal olunan toksin istiliyə son dərəcə davamlıdır və qaynar su ilə hazırlandıqda belə təsirini itirmir. İstehlak edildikdə, körpələrdə qusma, mədə sancıları, ishal və ürəkbulanma kimi qida zəhərlənməsi simptomlarına səbəb ola bilər.

Şirkətin məsələ ilə bağlı açıqlamasında geri çağırışın potensial riskləri aradan qaldırmaq üçün görülən profilaktik tədbir olduğu bildirilib.

Roza

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button