AZERFAX TV

Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR

Türkiyənin məşhur pop müsiqi ulduzu Sezen Aksu koronavirusa (COVID-19) yoluxub.

Publlika.az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

Bildirilib ki, sənətçidən götürülən test nümunələrinin nəticəsi müsbət çıxıb. O, hazırda İstanbulun Kanlıca məhəlləsindəki evində karantinə alınıb.

Məlumata görə, Sezen Aksu karantin müddətini həkimlərin tövsiyəsinə uyğun olaraq evdə keçirir. Onun sağlamlıq vəziyyəti yaxşıdır və COVID-19 xəstəliyini yüngül simptomlarla keçirir.

Sənətçinin vəziyyəti barədə məlumatı qardaşı Nihat Yıldırım təsdiqləyib. Yıldırım bildirib ki, Aksu evdə istirahət edir və ciddi sağlamlıq problemi yoxdur.

Bu xəbər Sezen Aksunun pərəstişkarları arasında narahatlıq yaradıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button