AZERFAX TV
Tramp İranı görünməmiş zərbələrlə HƏDƏLƏDİ


“İslam Respublikası Amerikanın hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ İrana qarşı görünməmiş hücumlar həyata keçirəcək”.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalında canlı yayımlanan açıqlamada bildirib.
“Əgər belə etsələr, biz onları əvvəllər heç vaxt yaşamadıqları bir qüvvə ilə vuracağıq və onlar buna inanmayacaqlar belə”, – deyə o, Tehranın Amerika hərbi və kommersiya obyektlərinə mümkün hücumu ilə bağlı suala cavab olaraq bildirib.
Dövlət başçısının sözlərinə görə, onun “fəaliyyət üçün çox güclü variantları” var.
Hüseyn İbadlı



