AZERFAX TV

“Fənərbağça” ona rəsmi təklif göndərdi

Türkiyənin “Fənərbağça” klubu hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən 34 yaşlı yarımmüdafiəçi N’Qolo Kanteyə rəsmi təklif göndərib.

Publika.az “TalkSPORT”a istinadla xəbər verir ki, Kante “Fənərbağça”nın təklifini nəzərə almağa hazırdır.

N’Qolo Kante 2023-cü ildə “Çelsi”dən pulsuz olaraq “Əl-İttihad”a transfer oldu. O, Səudiyyə Ərəbistanı klubunda 100 oyuna çıxıb, 9 qol vurub və 10 məhsuldar ötürmə verib. Kantenin “Əl-İttihad”la hazırkı müqaviləsi bu yay başa çatır. “Transfermarkt”a görə onun bazar dəyəri 4,5 milyon avrodur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button