AZERFAX TV

İlham Əliyev iki sərəncam imzaladı

Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhərində yerləşən, İqtisadiyyat Nazirliyinin balansında olan Kompleksin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.

Azərbaycan hökuməti nazirliyin bununla bağlı müqaviləni iki ay müddətində bağlamasını təmin etməli, sonra onu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

xxx

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirəcək; Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək; bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button