AZERFAX TV

Tramp ritorikanı dəyişdi – İrana hücum başlanır

Donald Tramp bəyan edib ki, “bu gün İranda çoxsaylı edamlar nəzərdə tutulurdu, lakin qətllər artıq dayandırılıb”. Bu, ABŞ-ın İrana zərbə endirməkdən çəkinməsi kimi oxuna bilər, çünki Tramp “edamlar davam edərsə, hücum edəcəyik” tipli xəbərdarlıq etmişdi.

12 günlük müharibənin təcrübəsi fərqli nəticəni önə çıxarır: Tramp həmin vaxt da hücumdan qısa müddət öncə İranla bağlı ritorikasını yumşaltmışdı, ardınca zərbələr endirildi, bu kontekstdə yenə eyni taktikadan istifadə edildiyi istisna edilməməlidir; Vaşinqton bununla zərbənin gözlənilməz olmasını təmin etmək istəyə bilər;

Mövcud vəziyyət də Trampın ritorikasından fərqlənir:

– ABŞ-ın Qətərdə yerləşən “Əl-Udeyd” hərbi bazasını boşaldır: daha öncə İran Vaşinqtona cavab olaraq bu hərbi bazaya raket atmışdı; rəsmi Tehran mümkün hərbi müdaxiləyə cavab olaraq, Birləşmiş Ştatların region ölkələrindəki bazalarını vuracağını bəyan edib;

– Avropa ölkələri İrandakı vətəndaşlarına ölkəni tərk etmək çağırışı edib, o cümlədən, aviaşirkətlər uçuşları ləğv edir;

– “Röyters” mənbələrə istinadən ABŞ-ın İrana müdaxiləsinin qarşıdakı 24 saat ərzində başlaya biləcəyini yazır;

– “The Independent” nəşri ABŞ administrasiyasına yaxın mənbəyə istinadən hərbi müdaxilənin olacağını təsdiqlədib. “Prezident Tramp İrana qarşı hücum əmri verməyə hazırdır, bu, rejimin cərrahi yolla devrilməsi olacaq”, – mənbə deyib;

Məlumatlar ABŞ prezidentinin sözlərinin əksinədir. Bununla yanaşı, İran rejiminin etirazlara müdaxiləni dayandırmayacağı və ABŞ-ın tələbləri qarşısında asanlıqla təslim olmayacağı da hərbi variantı aktuallaşdırır.

Asif Nərimanlı

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button