AZERFAX TV

“Ayntraxt”ı məğlub edən “Qarabağ” ÇL-də görün nə qədər qazanıb

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancı artmaqda davam edir.

AZERFAX.AZ-ın məlumatına görə, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqqribən 14 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 min manat) qazanıb. Ümumilikdə isə “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button