AZERFAX TV
Avropa üç illik xaosa hazırlaşır

Avropa ABŞ-la münasibətlərdə ən azı cari onilliyin sonuna qədər davam edəcək siyasi qeyri-sabitliyə hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David van Vil “Algemeen Dagblad” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, Donald Trampın Ağ Evə qayıdışı artıq qlobal diplomatiyada tektonik dəyişikliklərə səbəb olub və bu proses yalnız güclənəcək. Nazir vurğulayıb ki, Avropa tərəfdaşları Amerika liderinin gözlənilməz rəhbərlik üslubuna uyğunlaşmalı olacaqlar.
David van Vil hazırkı ABŞ prezidentinin üslubunu mövcud beynəlxalq nizam üçün dağıdıcı adlandırıb. “Düşünürəm ki, qarşıda bizi daha üç gərgin il gözləyir”, – deyə nazir yekun olaraq bildirib.
Adəm



