AZERFAX TV
Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkan İstanbul və İzmirdə də hiss edilib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 21-də Balıkesirdə 4,5 bal gücündə zəlzələ baş vermişdi.



