AZERFAX TV
Maduroya xəyanət edə onlar imiş…

“Oğurlanmış Venesuela Prezidenti Nikolas Maduro Amerika işğalı zamanı təhlükəsizlik qüvvələri tərəfindən xəyanətə məruz qalmış ola bilər”.
AZERFAX.AZ xəbər verir ki, bunu Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.
Melik-Bağdasarov qeyd edib ki, Karakasdakı təhlükəsizlik qüvvələri edə biləcəklərini etməyiblər və adam oğurluğundan əvvəl baş verən hər şey xəyanət hesab edilə bilər.
Səfir qeyd edib ki, Amerika kəşfiyyat orqanlarında çalışan xainlərin adları məlumdur – onlar Venesueladan qaçıblar.
Xatırladaq ki, Maduro 3 yanvar gecəsi həyat yoldaşı ilə birlikdə narkoterrorizm ittihamı ilə həbs edilib.
Hüseyn İbadlı



