AZERFAX TV

Başına pişik düşdü – 2 min manat təzminat aldı

Türkiyədə başına pişik düşən şəxs müalicə aldığı xəstəxananı məhkəməyə verib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən il baş verib.

Məlumata görə, İstanbuldakı özəl xəstəxanada müalicə alan xəstə tavandan başına metal lövhə və pişik düşməsi nəticəsində yaralanıb.

Müalicə prosesindən sonra xəstə sözügdən xəstəxanaya qarşı iddia qaldırıb və 250 min lirə mənəvi təzminat tələb edib. İstehlakçı Məhkəməsi xəstəxananın faiz də daxil olmaqla 50 min lirə (təxminən 2 min manat) mənəvi təzminat ödəməli olduğuna qərar verib.

Roza

Related Articles

Bir cavab yazın

Back to top button