AZERFAX TV

Məşhur müğənni buna görə Aygün Kazımovanın ad gününə qatılmayıb

Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın ad gününə niyə qatılmamasına aydınlıq gətirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. İfaçı səhhətində problem yarandığını açıqlayıb:

“Dünəndən bəri hər kəs, o cümlədən izləyicilərim bunu məndən soruşur. Səhhətimdə yaranan bəzi problemlərə görə ürəyimdə bambaşqa yeri olan Aygün Kazımovanın ad günündə iştirak edə bilmədim. Məni tanıyan və bilən hər kəs onun mənim üçün nə qədər dəyərli olduğunu bilir. Dəvət olunmuşdum və səhnə çıxışım da planlaşdırılmışdı. Sadəcə iştirak edə bilmədim”.(axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button