Tramp Obamanın dərhal həbs olunmasını tələb etdi

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı Rusiya ilə əməkdaşlıq barədə saxta ittihamların irəli sürülməsi ilə əlaqədar ölkənin keçmiş prezidenti Barak Obamanın dərhal həbs edilməsinə çağırıb.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard az əvvəl ‘Rusiya işi’ (Rashagate) üzrə yüzlərlə məxfi sənəd dərc edib. Həmin sənədlər Barak Obamanın şəxsən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına prezident Tramp barədə saxta kəşfiyyat məlumatları uydurmaq göstərişi verdiyini sübut edir”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, Obama bununla respublikaçının nüfuzuna xələl gətirmək və dövlət çevrilişinə cəhd etmək istəyib. Bu səbəbdən o, sələfinin həbs olunmasını tələb edib.
Hüseyn İbadlı



