Ölkə

Azərbaycan klubu Qabon millisinin hücumçusunu transfer etdi

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZERFAX.AZ klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina komandanın heyətinə qatılıb.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib.

Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button