20 çeçen vətəninə qayıtdı: Kadırov əsir mübadiləsindən danışdı

Rusiya ilə Ukrayna arasında 2026-cı ildə baş tutan ilk əsir mübadiləsindən sonra Çeçenistanın 20 sakini vətənlərinə qayıdıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, mübadilə cümə axşamı günü həyata keçirilib. Proses çərçivəsində Rusiya Müdafiə Nazirliyi 157 rus hərbçisini qaytarıb. Onlardan 20-si Çeçenistandandır və hazırda hamısı vətənindədir.
Kadırov bildirib ki, əsir mübadiləsi məsələsini Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla müzakirə edib. O, BƏƏ-nin humanitar vasitəçilikdəki rolunu xüsusi vurğulayaraq, bu prosesdə göstərilən dəstəyə görə təşəkkür edib.
Çeçenistan rəhbəri əlavə edib ki, əsir götürülmüş rus hərbçilərinin geri qaytarılması istiqamətində səylər davam etdirilir.
Adəm



