Ölkə
Məşhur futbolçu “Qarabağ”dan gedir – FOTO

Bir müddətdir “Qarabağ”ın gənc forvardı Nəriman Axundzadənin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılır.
AZERFAX.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, həqiqətən hücumçu üçün xarici klublardan təkliflər var.
Hazırda tərəflər arasında danışıqlar intensivləşib. Əgər maddi məsələlərdə razılıq əldə olunsa, N.Axundzadə Ağdam təmsilçisindən ayrılacaq.
Məsələ burasındadır ki, futbolçu özü də legioner həyatı yaşamaq istəyir. O bu barədə klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova da məlumat verib.
Q.Qurbanovun onu ötən gün “Şamaxı” ilə kubok matçında ilk “23-lüy”ə salmaması da iddiaları gücləndirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



