Ölkə

Danışıqlar yaxşı başladı – Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndə heyəti ilə Omanda aparılan danışıqlar barədə açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, ABŞ ilə danışıqlar başa çatdıqdan sonra İran dövlət televiziyasına açıqlama verən diplomat, danışıqların yaxşı başladığını ifadə edib. Diplomatın sözlərinə görə, tərəflər danışıqların davamının necə olacağı barədə müzakirələri davam etdirəcək. Əraqçi bəyan edib ki, görüş zamanı tərəflər mövqeyini ortaya qoyub.

O, “Maraqlarımız və İran xalqının hüquqları çatdırıldı. Bu, çox yaxşı atmosferdə baş tutdu və qarşı tərəfin fikirləri də dinlənildi” – deyə bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button