AZERFAX TV
“Real”ın transfer hədəfində “Qızıl top”un sahibi də var

“Real Madrid” heyəti gücləndirmək üçün bazarı araşdırır.
AZERFAX.AZ xəbər verir ki, “Transfer News Live”ın verdiyi məlumata görə, “kral klubu”nun yarımmüdafiəçi Rodriyə olan marağı “Mançester Siti” ilə müqavilənin bitmə vaxtı yaxınlaşdıqca, artır. “Real Madrid”in bu yay Rodrini almaq üçün böyük bir transferə hazır olduğu bildirilir.
Rodrinin hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri Rodrini 75 milyon avro dəyərində qiymətləndirirlər. Yarımmüdafiəçinin gələn yay 30 yaşı tamam olur. 2024-cü ildə Rodri “Qızıl top”u qazanıb.



