Siyasət

Tramp Xameneiyə məktub göndərdi


ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib. Tramp “Fox Business Network”ə açıqlamasında bildirib ki, o məktubunda nüvə proqramı ilə bağlı İranla razılaşmağa üstünlük verdiyini vurğulayıb. Tramp, “İran danışıqlara getməsə, bu, onlar üçün acınacaqlı olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var” – deyə bildirib.


Müqavilə üzərində işlərin başlanılmasının lazım olduğunu vurğulayan Tramp bildirib ki, müqavilə imzalanıb tamamlandıqda, Yaxın Şərqdə böyük bayram keçirilməlidir. “Allah Yaxın Şərqi qorusun” deyən Tramp, diplomatiyaya üstünlük verdiyini ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button