AZERFAX TV

Bələdiyyə sədrindən şok təhdid: “Onu tapıb, qulağının dibinə…”

Cəlilabad rayonunun Təzəkənd kəndində antisanitar vəziyyət yaranıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Axar.az-a yerli sakinlər məlumat və foto təqdim edib.

Fotolarda kəndin bir neçə ərazisinin zibilxanaya çevrildiyi görünür.

Təzəkənd kəndinin bələdiyyə sədri Şikar Bədirov isə açıqlamasında faktdan deyil, faktın yayılmasından narahat olub.

“Hər yerindən duran şəkil atacaq, mən də onun arxası ilə düşəcəm? Bunu yazan, şikayət edən adamı tapıb, onun qulağının dibinə şillə çəkəcəm, ağlı başına gələcək. Heç o vəzifəni də istəmirəm, cəhənnəm olsun”, – o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button