Cici Hadid keçmiş sevgilisinin açıqlamalarına ilk dəfə reaksiya verdi: Şok oldum

Dünya şöhrətli model Cici Hadid keçmiş sevgilisi Zeyn Malikin açıqlamalarına ilk dəfə cavab verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, model Zeyn Malikin münasibətləri boyunca onu sevmədiyini öyrənəndə şok olduğunu etiraf edib. O, keçmiş sevgilisinin sözlərini “alçaldıcı” hesab edir.
Xatırladaq ki, bundan öncə Zeyn Malik heç vaxt Cici Hadidi sevmədiyini etiraf etmişdi.
Model 2020-ci ilin sentyabr ayında “One Direction” musiqi qrupunun keçmiş üzvü Zeyn Malikdən Khai adlı qızını dünyaya gətirib. Doğuşdan bir il sonra cütlüyün yolları ayrılıb. Cicinin anası Yolanda Hadidin iddialarına görə, ayrılığa səbəb Zeynin fiziki zorakılıq tətbiq etməsidir. Supermodel hazırda Hollivud aktyoru Bredli Kuperlə münasibətdədir. (AZERFAX.AZ)



