AZERFAX TV

SSRİ yığması ilə DÇ-də qazandığı qızıl medalları qaytaracaq

Keçmiş SSRİ millisinin qapıçısı və Latviya millisinin qapıçı məşqçisi Artur İrbe Sovet millisi ilə qazandığı Dünya Çempionatının qızıl medallarını geri qaytarmağa hazır olduğunu açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, onun sözlərini ” İltalehti” qəzeti sitat gətirib.

“Bu medalları saxlamağa ehtiyacım yoxdur. Harada olduqlarını xatırlasam, onları təhvil verərəm. Onları qürurla saxlamıram”, – deyə o bildirib.

2025-ci ilin may ayında Artur İrbe, Rusiya komandasının yarışa buraxılacağı təqdirdə, 2026-cı il Olimpiya Oyunlarını boykot edəcəyinə söz vermişdi . O bildirmişdi ki, öz fikirlərini Latviya komandasının digər üzvlərinə qəbul etdirməyi planlaşdırmır.

Daha sonra ikiqat Olimpiya çempionu və Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov İrbeni SSRİ milli komandasının üzvü kimi Dünya Çempionatında qazandığı qızıl medalları geri qaytarmağa çağırdı.

Artur İrbe SSRİ milli komandası ilə iki dəfə dünya çempionu olub, 1989 və 1990-cı illərdə. O, Riqanın “Dinamo”, eləcə də bir neçə Milli Xokkey Liqası (NHL) klubunda oynayıb.

Related Articles

Bir cavab yazın

Back to top button