Tramp yadplanetlilərlə bağlı sirləri açır

ABŞ Prezidenti Donald Tramp kənar sivilizasiyalar və uçan naməlum obyektlər (UNO) haqqında məlumatların dərc edilməsini Pentaqona tapşıracaq.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında bildirib.
O, müvafiq bəyanatı ABŞ-ın keçmiş lideri Barak Obamanın yadplanetlilərin mövcudluğunu etiraf etməsi fonunda verib.
“Böyük marağı nəzərə alaraq, mən müharibə nazirinə (ABŞ-ın müdafiə naziri Pit Heqsetə — red.) və digər məsul strukturlara yadplanetlilər, kənar sivilizasiyalar, tanınmayan uçan fenomenlər və uçan naməlum obyektlərlə bağlı hökumət materiallarının müəyyənləşdirilməsi və dərci prosesinə başlamağı tapşıracağam”, – deyə Ağ Ev rəhbəri yazıb.
Fevralın 14-də Obama “No Lie” podkastında yadplanetlilərin varlığına inandığını etiraf edib. Siyasətçi yumorla xatırlayıb ki, bu, ABŞ prezidenti olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin o, şayiələrə görə Amerika hərbçilərinin yadplanetlilər üzərində təcrübələr apardığı Nevadadakı “Zona 51″də heç bir gizli laboratoriya tapmayıb. Buna baxmayaraq, Obama hətta prezident kimi ona belə məlumat verilmədiyi miqyaslı bir sui-qəsdin mövcudluğunu istisna etməyib.
Daha sonra Tramp sələfinin bu fikirlərini şərh edərkən bildirib ki, Obama “məxfi məlumatları sızdırıb”. Prezidentin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri “böyük səhvə yol verib”.
Hüseyn İbadlı



