Hadisə
Şəmkirdə maşın 54 yaşlı kişinin həyatına son qoydu.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə
rayonun Dəllər Daşbulaq kəndində 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən piyada, 1974-cü il təvəllüdlü Cəfərov İmaməddin Həsən oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.



