Çörçilin heykəli təhqir edildi

Fevralın 27-də Britaniyada Uinston Çörçilin heykəli təhqir edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, Fələstin tərəfdarı Londonun mərkəzində yerləşən heykəlin üzərinə qırmızı boya ilə təhqirlər yazıb. Heykələ “Sionist müharibə cinayətkarı” sözlərini yazan şəxs, həmçinin Fələstinin azadlığına çağıran şüarlar da qeyd edib. 38 yaşlı kişi həbs edilib.
Heykəl təmizlik üçün mühasirəyə alınıb.
Britaniya Baş nazirinin sözçüsü kişinin hərəkətlərini iyrənc və rüsvayçı adlandırıb.
“Çörçill böyük britaniyalı idi və hökumət həmişə dəyərlərimiz uğrunda mübarizə aparacaq. Cinayətkar məsuliyyətə cəlb olunmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, həmin bürünc heykəl əvvəllər də bir sıra etiraz nümayişləri zamanı hücuma məruz qalıb. 2025-ci ilin yayında London hakimiyyəti Çörçill heykəlinə dırmaşmağı qadağan edib. Qayda pozanları üç aya qədər həbs və 1000 funt sterlinq cərimə gözləyir.
Ləman



