AZERFAX TV

Seysmoloji Xidmətdən Şamaxıdakı zəlzələlər ilə bağlı açıqlama

Şamaxıda fevralın 27-də baş verən və maqnitudası 4.7 olan zəlzələdən sonra afterşoklar davam edir.

AZERFAX.AZ xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

“Həmin zəlzələdən sonra maqnitudası 3-dən yuxarı olan 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyünün maqnitudası 3.8 olub. Bu gün baş verən beş zəlzələdən üçü episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Hazırda xırda təkanlar da davam edir”, – V.Rafiqqızı bildirib.

Xatırladaq ki, fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ baş verib.

Maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.

Related Articles

Bir cavab yazın

Back to top button