AZERFAX TV

Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif etdi

Ərəb liderləri Moskvanı atəşkəsə razı salsalar, Ukrayna Yaxın Şərq ölkələrinə İranın “Şahed” dronlarını məhv etməyə kömək edə bilər.

AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə bildirib.

“Yaxın Şərq liderlərinin ruslarla yaxşı münasibətləri var. Onlar ruslardan bir aylıq atəşkəs elan etmələrini istəyə bilərlər”, – deyə Ukrayna lideri bildirib.

Prezident əlavə edib ki, atəşkəs elan edildikdən sonra Ukrayna ən yaxşı dron ələ keçirmə operatorlarını Yaxın Şərq ölkələrinə göndərəcək.

Onun sözlərinə görə, Ukrayna İsrailə də eyni şəkildə kömək edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button