AZERFAX TV

Bu məşğuliyyət yaşlılarda depressiya simptomlarını azaldır

Müntəzəm bağçılıq fəaliyyəti ilə məşğul olmaq yaşlı insanların psixoloji vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra və depressiya simptomlarını azalda bilər.

AZERFAX.AZ xəbər verir ki, bu nəticəyə Türkiyəli tədqiqatçılar gəliblər.

Mövzu ilə bağlı aparılan tədqiqatda qocalar evində yaşayan 46 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrup üç ay ərzində həftədə bir dəfə bağçılıqla məşğul olub, ikinci qrup isə əlavə fəaliyyət olmadan adi rejimdə yaşayıb.

Eksperimentdən əvvəl və sonra alimlər iştirakçıların vəziyyətini yaşlılar üçün depressiya şkalası və PERMA psixoloji rifah modeli vasitəsilə qiymətləndiriblər. Bu model pozitiv emosiyaları, fəallığı, münasibətləri, həyatın mənasını və nailiyyətləri nəzərə alır.

Üç aydan sonra birinci qrupun iştirakçılarında depressiya göstəriciləri əhəmiyyətli dərəcədə azalıb, psixoloji rifah səviyyəsi isə artıb.

Tədqiqatçıların fikrincə, hətta həftədə bir dəfə orta səviyyəli fiziki aktivlik və bitkilərlə məşğuliyyət yaşlı insanların emosional vəziyyətinə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, araşdırmanın nəticələri “Public Health Nursing” jurnalında dərc olunub.

Roza

Related Articles

Bir cavab yazın

Back to top button