AZERFAX TV

Yaşar Gülər Zakir Həsənovla İranın Naxçıvana hücumunu müzakirə etdi

Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər arasında İranın silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

Nazirlər həmçinin ölkələr arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button