AZERFAX TV
Krasnodarda güclü partlayışların ikinci dalğası başladı

Ukrayna pilotsuz uçuş aparatları yenidən Krasnodara hücum edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, şəhərin müxtəlif rayonlarında ən azı 10 güclü partlayış səsi eşidilib. Səmada parıltılar görünüb və PUA-ların mühərrik səsləri eşidilib. Yeni hücum Bakı vaxtı ilə saat 06:00 radələrində başlayıb və hazırda da davam edir.
Qeyd edilib ki, martın 18-də gecə saatlarında Ukrayna PUA-ları Krasnodardakı çoxmərtəbəli binalara zərbələr endirib.
Novorossiysk meri Andrey Kravçenko hava hücumundan müdafiə qüvvələrinin şəhərə edilən PUA hücumunu dəf etdiyini bildirib.
Hüseyn İbadlı



