AZERFAX TV

Qadın futbolu tarixində rekord müqavilə: Bu xanım milyonlar qazanacaq

Katarina Makariu qadın futbolu tarixində ən böyük müqaviləni imzalayaraq “Çelsi”dən “San Dieqo Ueyv” komandasına keçib.

AZERFAX.AZ xəbər verir ki, ABŞ milli komandasının hücumçusunun müqaviləsi 2030-cu ilin sonuna qədərdir. ESPN-in məlumatına görə, Makariu təxminən 8 milyon dollar qazanacaq və bu, qadın futbolu tarixində ən böyük müqaviləsi olacaq.

Qeyd olunur ki, futbolçunun transfer haqqı 300 min dollar olub.

Dünyanın ən çox qazanan qadın futbolçusu hazırda keçmiş basketbolçu Dennis Rodmanın qızı Triniti Rodmandır. “Vaşinqton”la müqaviləsini uzatdıqdan sonra o, bonuslar da daxil olmaqla ildə 2 milyon dollar alır.

Related Articles

Bir cavab yazın

Back to top button