AZERFAX TV

Haaland “Barselona”ya keçir?

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland mövsümün sonunda klubunu dəyişməyə hazırdır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Football365” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, norveçli bombardir karyerasını “Barselona”da davam etdirmək istəyir. O, “şəhərlilər”in rəhbərliyindən katalon klubundan və digər komandlardan gələcək təkliflərin nəzərdən keçirilməsini xahiş edib.

Haalandın İngiltərə klubu ilə mövcud müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 200 milyon avro qiymətləndirilir.

Cari mövsümdə Haaland 37 oyunda meydana çıxıb, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.

Related Articles

Bir cavab yazın

Back to top button