AZERFAX TV
Baş məşqçi mətbuat konfransında buna görə iştirak etməyib

“Tottenhem”in baş məşqçisi İqor Tudor Premyer Liqada “Nottingem Forest”lə oyundan sonra (0:3) keçirilən mətbuat konfransına qatılmayıb.
AZERFAX.AZ xəbər verir ki, “Tottenhem”in məşqçisi ailə faciəsi səbəbindən konfransda iştirak etməyib.
Onun köməkçisi Bruno Saltor deyib:
“Şəxsi və ailə məsələləri. Ünsiyyət üçün ən yaxşı vaxt deyil”.
İngiltərə mətbuatın məlumatına görə, oyundan əvvəl Tudorun atası vəfat edib.



