AZERFAX TV

Məşhur aktyor daşqınlara görə təhlükə altında qaldı

Havay adalarında baş verən güclü fırtına və daşqınlar nəticəsində Hollivud ulduzu Ceyson Momoa ailəsi ilə birlikdə Oahu adasında təhlükə altında qalıb.

AZERFAX.AZ xəbər verir ki, o və ailəsi adanın şimal sahillərindən təxliyə edilib.

Vahiava bəndinin yarılması təhlükəsi kütləvi təxliyəyə səbəb olub.

Momoa bildirib ki, cümə günü elektrik enerjisi kəsilib. Pis hava şəraiti səbəbindən o, həftəsonuna planlaşdırılan musiqi tədbirini ləğv etməli olub.

Momoa sosial şəbəkə yerli sakinlərə müraciət edib və hər kəsi bir-birinə dəstək olmağa çağırıb.

Qeyd edək ki, təbii fəlakət son 20 ildə regionda qeydə alınan ən güclü daşqın kimi qiymətləndirilir. Ümumilikdə 230-dan çox şəxs xilasedicilər tərəfindən təxliyə olunub. Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button