AZERFAX TV

Tehran qaranlığa büründü – 150-dən çox qırıcı təyyarə ilə hücum dalğası

İsrailin Hərbi Hava Qüvvələri İran paytaxtına yeni hücum dalğası başladıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar Tehrandakı düşmən obyektlərini hədəf alıb.

Qeyd edək ki, İranın bəzi ərazilərində, xüsusilə də paytaxtın bir neçə rayonunda elektrik enerjisinin kəsildiyi ilə bağlı məlumatlar yayılıb.

İsrailin Hərbi Hava Qüvvələrinin daha sonra yaydığı məlumatlarda isə bildirilib ki, Tehran ərazisindəki hərbi sənaye komplekslərinə bir sıra zərbələr endirib. Əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib və 120-dən çox sursatdan istifadə edilib.

Hədəflər arasında silah tədqiqatı, inkişafı və istehsalına aid müəssisələr də olub.

İsrail ballistik raketlərin istehsal olunduğunu və saxlanıldığını iddia etdiyi obyektlər də vurub.

Related Articles

Bir cavab yazın

Back to top button