AZERFAX TV

Milli DÇ-2026-ya vəsiqə qazandı, ölkədə iki gün bayram elan edildi

İraq hakimiyyəti millinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə 1 və 2 aprel günlərini qeyri-iş günləri elan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə INA məlumat yayıb.

Müvafiq qərarı ölkənin baş naziri Məhəmməd əs-Sudani imzalayıb.

İraq millisi Boliviya üzərində 2:1 hesablı qələbə qazanaraq 2026-cı il dünya çempionatının son iştirakçısı olub. Komanda qrup mərhələsində F qrupunda Fransa, Seneqal və Norveç ilə qarşılaşacaq.

İraq millisi dünya çempionatında ikinci dəfə çıxış edəcək. İlk dəfə 1986-cı ildə iştirak etmiş və qrup mərhələsində sonuncu yeri tutmuşdu.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə 48 komanda mübarizə aparacaq.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button