AZERFAX TV

Sabiq baş nazirdən Netanyahuya ittiham: Ölkəni daxildən parçalayır

“Qələbə qazanmaq bir yana qalsın, Netanyahu İsraili daxildən parçalayır”.

AZERFAX.AZ “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında İsrailin sabiq Baş naziri Yair Lapid bildirib.

Onun sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə hər hansı bir real dəyişiklik yaratmaq cəhdi uğursuzluqla nəticələnib.

Lapid bildirib ki, Netanyahu İrana qarşı qələbə qazanmaq gücünə malik deyil: “Netanyahu strateji qətiyyət əldə etmək mövqeyində deyil. Onun İran və Livandakı hücumların öhdəsindən gələ bilmədiyini qəbul etməyin vaxtıdır. Netanyahu İsraili daxildən parçalayır, o, qələbə qazanmaqdan çox uzaqdır”.

Roza

Related Articles

Bir cavab yazın

Back to top button