AZERFAX TV
Samuxda avtomobil piyadanı vuraraq öldürdü

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma başlanılıb.



