AZERFAX TV

Azarkeş oyun zamanı stadionda öldü

PARI Liqasının 27-ci turunda “Arsenal” və “Fakel” komandaları arasında keçirilən oyun zamanı faciə baş verib.

AZERFAX.AZ xəbər verir ki, oyun Tulada baş tutub və qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb. Matç zamanı “topçular”ın azarkeşlərindən biri tribunada ölüb.

Tula komandasının açıqlamasında deyilir: “Arsenal”ın “Fakel”lə oyunu zamanı komandamızın 66 yaşlı azarkeşi tribunada qəfildən vəfat etdi. O, əsl futbol azarkeşi idi və son anlarına qədər “Arsenal”a sadiq oldu. Ailəsinə, qohumlarına və dostlarına dərin hüznlə başsağlığı veririk”.

Related Articles

Bir cavab yazın

Back to top button