AZERFAX TV

Təbriz niyə ölümə tərk edilib?

Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol qəzasında ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.

AZERFAX.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, faciəvi şəkildə həlak olan gəncin yaxınları işin hərtərəfli araşdırılmadan məhkəməyə göndərildiyini düşünürlər.

Nə baş verib?

Ötən ilin avqustunda Təbriz Şəfiyevin idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşür. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən bir az sonra Təbriz həyatını itirir.

Related Articles

Bir cavab yazın

Back to top button