AZERFAX TV

Almaniya Kuboku: “Bavariya”nın finaldakı rəqibi müəyyənləşdi

Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.

AZERFAX.AZ xəbər verir ki, yarımfinalda “Frayburq”a 2:1 hesabı ilə qalib gələn “Ştutqart” həlledici görüşə vəsiqə qazanıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədə vurulan qolla qələbə qazanan “Ştutqart” finalda “Bavariya”nın rəqibi olub.

Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın 23-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button