AZERFAX TV
Trampın “Qızıl Kart”ını yalnız bir nəfər alıb

ABŞ Prezidenti Donald Trampın xarici vətəndaşlara 1 milyon dollar ödəniş müqabilində yaşayış icazəsi verən “Qızıl kart” (“Golden Card”) viza proqramı çərçivəsində hələlik cəmi bir nəfərin namizədliyi təsdiqlənib.
AZERFAX.AZ xəbər verir ki, vu barədə “Bloomberg” agentliyi ticarət naziri Hovard Latnikə istinadla məlumat yayıb.
Latnik ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsindəki çıxışı zamanı təsdiqini tapmış həmin şəxsin kimliyini açıqlamasa da, hazırda yüzlərlə digər xarici vətəndaşın müraciətinin baxılma mərhələsində olduğunu bildirib.
Hüseyn İbadlı



