AZERFAX TV

Tramp da İranın DÇ-2026-ya gəlməsini istəmir?

Donald Trump 2026-cı il dünya çempionatında İran millisinin İtaliya ilə əvəzlənməsi ideyasından danışıb.

AZERFAX.AZ xəbər verir ki, o, xüsusi nümayəndəsi Paolo Zampollinin təklifini maraqlı adlandırıb.

“Bu barədə çox düşünməmişəm. Maraqlı sualdır. Bilirsiniz, buna bir az vaxt ayırmalıyam”, – deyə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Financial Times”ın məlumatına görə, Zampollinin bu təşəbbüsü Tramp ilə İtaliyanın baş naziri Corcia Meloni arasında münasibətləri yaxşılaşdırmaq cəhdi kimi qiymətləndirilir. Bildirilir ki, tərəflər arasında gərginlik Trampın İranla bağlı hərbi münaqişə fonunda Roma Papası Pope Leo XIV-ə yönəlmiş tənqidlərindən sonra yaranıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button