AZERFAX TV

Günəşdə iki güclü partlayış baş verdi

Aprelin 25-də Günəşdə “M” sinfinə aid iki güclü partlayış baş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, partlayışlar Bakı vaxtı ilə saat 11:59 və 18:30-da qeydə alınıb.

Məlumata əsasən, bu hadisələrə müvafiq olaraq M1.3 və M1.1 ballıq güc dərəcələri verilib. Qeyd edək ki, bundan əvvəl Günəşdə aprel ayının əvvəlindən bəri ən güclü hesab edilən M4.3 ballıq alışma da qeydə alınmışdı.

Alimlər hazırda bəşəriyyətin 25-ci Günəş dövrünü müşahidə etdiyini bildirirlər. Bu dövrün pik nöqtəsi 2024-cü ildə qeydə alınıb və hazırda aktivlik azalma mərhələsindədir. Bununla bağlı tədqiqatçılar ehtimal edirlər ki, 2028-ci ildən 2031-ci ilə qədər olan dövrdə Yer kürəsində heç bir maqnit qasırğası baş verməyə bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button