AZERFAX TV

Neymar “Barsa”ya buna görə qayıda bilməyib

“Barselona”nın keçmiş yarımmüdafiəçisi və məşqçisi Xavi braziliyalı hücumçu Neymarın Kataloniya klubuna niyə qayıda bilmədiyi barədə danışıb

AZERFAX.AZ xəbər verir ki, Xavi Romarionun “YouTube” kanalına verdiyi müsahibədə bildirib:

“Fürsət var idi, amma reallaşmadı. Bu, son dərəcə çətin maliyyə vəziyyətimizlə bağlı idi. Maliyyə feyr-pleyi bizi ciddi şəkildə məhdudlaşdırdı və əvvəlki dövrdən miras qalan əmək haqqı komandanı gücləndirmək planlarımıza böyük təsir göstərdi.

Bu, bizim üçün çətin və son dərəcə çətin bir dövr idi, buna görə də Neymarın maliyyə hesablamalarımızda yeri yox idi”.

Related Articles

Bir cavab yazın

Back to top button